Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Yeşilçam ulduzu" Mətin Akpınarın 36 il sonra nikahdankənar qızının olduğu ortaya çıxıb.
Axşam.az-ın məlumatına görə, aktyorla bağlı daha bir iddiaya yaranıb. Belə ki, Mətinin nikahdankənar oğlunun da olduğu bildirilib.
1984-cü ilə təvvəllüdlü oğlanın hazırda Almaniyada yaşadığı deyilib. Onu övladlığa götürən ailə Mətinə qarşı məhkəmə iddiası qaldırmağı tələb edir.
Qeyd edək ki, Akpınar 1961-ci ildən Göksel Özdoğdu ilə evlidir. İllər sonra onun nikahdankənar Duyqu və Sevgi adlı qızlarının olduğu ortaya çıxıb.