Rusiyanın xalq artisti, bəstəkar, məşhur ekran işləri, cizgi filmlərdə səsləndirilən musiqilərin müəllifi Gennadi Qladkov vəfat edib.
Axşam.az xəbər verir ki, bəsətkar 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qladkovun bəstələri 100-dən çox film və cizgi-filmində səsləndirilib. "On iki stul", "Uğur centlmenləri", "Kapuçinov bulvarından olan adam", "Bremenli musiqiçilər", "Uşaq və Karslon", "Mavi bala", "Adi bir möcüzə", “Sevgi formulu", "Cümə axşamı yağışdan sonra” adlı ekran işləri bunlardan bir neçəsidir.