Rusiyalı şoumen Maksim Qalkin cərimələnib.
Axşam.az xəbər verir ki, şoumenin "xarici agent"lər haqqında ölkə qanunvericiliyində yer alan qaydanı pozması ilə bağlı Moskvanın Qolovinski Məhkəməsinə protokol daxil olub.
Bildirilib ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinə görə, 50 min rubla qədər (təxminən 872 manat) cərimə oluna bilər.
Belə ki, təqsirləndirilən cinayət "xarici agent"in fəaliyyəti haqqında məlumat verməməyə görə məsuliyyət nəzərdə tutur.
Qeyd edək ki, M.Qalkin ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb.