Ötən gün “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərində konsert proqramı keçirilib.
Axşam.az xəbər verir ki, tədbirdə səhnəyə çıxanlar arasında Xalq artisti Aygün Kazımova da yer alıb. Pop diva tədbir üçün xüsusi olaraq "Söz olmasaydı" məşhur mahnını oxuyub.
Ölkənin əsas ulduzu Füzulidə mahnını oxuyarkən, rəqs də edib. Kazımovanın özünəməxsus formada səsləndirdiyi ifası maraqla qarşılanıb.
Pop divanın geyimi də diqqət çəkib. Müğənninin modelyer Rüfət İsmayılın kolleksiyasından olan libasına təriflər yağıb.
Qeyd edək ki, Mərhum müğənni Şövkət Ələkbərovanın səsləndirdiyi bəstənin musiqisi İbrahim Topçubaşov, sözləri Ənvər Əlibəyliyə məxsusdur.