Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem həyat yoldaşı, modelyer Viktoriya Bekhemə 24 illik evliliyi ərzində 15 təkdaş üzük alıb.
Axşam.az xəbər verir ki, zərgər Darren Şervud "Daily Mail"ə açıqlamasında kolleksiyanın dəyərinin təxminən 36 milyon dollar olduğunu bildirib.
Onun ilk nişan üzüyü Devidin 1998-ci ildə evlənmək təklifi edərkən ona hədiyyə etdiyi düz sarı qızıldan hazırlanmış üç əyyarlıq markizlə kəsilmiş brilyant üzük idi. Həmin vaxt keçmiş futbolçu zinət əşyasına 84 min dollar xərcləyib.

Cütlük 1999-cu ilin iyulunda evləndikdən qısa müddət sonra Viktoriyanın barmağında "Eternity"dən olan brilyant üzük görünüb. Onun oğulları Bruklinin həmin ilin əvvəlində dünyaya gəlməsi şərəfinə Devid tərəfindən hədiyyə olunduğu bildirilib.

2000-ci illərin ikinci yarısında imicini dəyişən Viktoriya bu dəfə sarı zümrüddən kəsilmiş brilyant üzüyü ilə diqqət çəkib. Ağ almazdan daha bahalı sarıb rilyantlı bəzək əşyasının dəyəri isə 2,5 milyon dollar olub.

Viktoriya 2007-ci ildə Devidin hədiyyə etdiyi, dəyəri 3 milyon dollar olan 17 əyyar armud formalı daşlı üzüklə kameraların obyektivinə tuş gəlib.

O, elə həmin il günbəzli, kvadrat formalı başqa bir zümrüd üzüklə "Oskar" gecəsinə qatılıb.

2008-ci ildə Viktoriya özünün eyniadlı moda markasını təqdim edib və yenidən imicində dəyişiklik diqqət çəkib. Həmin illərdə lentə alınan görüntülərdə modelyerin barmağında dəyəri 4,5 milyon dollar olan 15 əyyarlıq "Chopard" almazı əks olunub.

2009-cu ildə Viktoriya "Met Gala"ya ilk dəfə brilyantlarla bəzədilmiş oval yaqut üzük taxaraq qatılıb. Zinət əşyasının dəyəri 6,7 milyon dollar olaraq qiymətləndirilib. "Bu ölçüdə yaqut çox nadirdir. Bu qan qırmızı yaqut, Mozambik və ya Myanmadan ola bilər. Buna bənzər bir şey tapmaq inanılmaz dərəcədə çətindir" deyə, zərgər üzük barədə fikirlərini bölüşüb.

2010-cu ildə modelyer 6 milyon dəyərində böyük oval sapfirli platin üzüklə məclislərə qatılıb.

Viktoriya 2015-ci ildə barmağındakı 50 min dollarlıq daha sadə üzüklə diqqət çəkib.

2016-cı ildə Viktoriya "Kann Film Festivalı"na kvadrat formalı brilyant üzüklə qatılıb. Onun dəyəri 1,2 milyon dollar olaraq qiymətləndirilib.
