Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan ediləcək.
Axşam.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Özləm Zəngin məlumat yayıb.
Zəngin bildirib ki, Türkiyə prezidentinin sərəncamı ilə bu gün 3 günlük milli matəm elan olunacaq.
Qeyd edək ki, İsrail ordusu hadisə ilə bağlı məlumat yayaraq xəstəxananın onlar tərəfindən vurulması xəbərlərini təkzib edib.