Dünya turuna çıxan müğənni Madonna həftəsonu Lonondakı konsertində sərt komendant saatını pozduğuna görə 300 min funt sterlinq cərimə oluna bilər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi şounu saat 22:30-dan sonra davam etdirərək, konsert fəaliyyətlərinə qoyulan məhdudiyyətlərlə bağlı Böyük Britaniya qaydalarını pozub. Nəticədə ifaçının çıxışı saat 23:00-da qəfil kəsilib.
Qeyd olunur ki, ifaçı konsertə planlaşdırılan saatda (21:00) başlasaydı və gecikməsəydi, proqram icazə verilən vaxta (22:30) kimi tamamlana bilərdi.
Böyük Britaniyada komendant saatını pozmağa görə vaxtı keçmiş hər dəqiqə üçün 10 min funt-sterlinq cərimə nəzərdə tutulub. Madonna konserti yarım saat gecikdirib və buna görə də ifaçının 300 min funt sterlinq ödəməsi tələb olunacaq.
Bu qayda konsertlər başa çatdıqdan sonra tamaşaçıların ictimai nəqliyyata çatması üçün nəzərdə tutulub.