Rusiyada erməniəsilli musiqiçinin oğlu və qayınanası öldürüldü

Rusiyada erməniəsilli musiqiçinin oğlu və qayınanası öldürüldü
1072 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın paytaxtı Moskvada erməniəsilli rok musiqiçi Stas Naminin (Anastas Alekseyeviç Mikoyan) oğlu və qayınanası qətlə yetirilib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, hadisə İstra rayonunun Kryukovo kəndindəki bağçada baş verib. Musiqiçinin 30 yaşlı oğlu Artem Mikoyan və 85 yaşlı qayınanası Polina Tkaçenkon bıçaqlanaraq qətlə yetirilib. Polinanın sinəsindən aldığı zərbədən, Artemin isə çoxsaylı bıçaq xəsarətlərindən öldürüldüyü bildirilib.

İlkin məlumata görə, qətldə şübhəli bilinən musiqiçinin böyük oğlu Roman Mikoyan saxlanılıb və faktla bağlı cinayət işi açılıb.