Xəbər verdiyimiz kimi, fələstinli müğənni, prodüser Dalal Əbu Əmna İsrail polisi tərəfindən həbs olunub.
Axşam.az-ın məlumatına görə, ifaçı azadlığa buraxılıb. Bu barədə sosial media hesabında yazan, Əmna 2 gecə günahsız yerə həbsdə qalmalı olduğunu bildirib.
"Üç günlük aclıq aksiyamdan zəifləyən bədənim indi daha da güclənib. Allaha inamım daha dərinləşib" deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, Əmna ailəlidir və 2 övladı var. Artıq 12-ci gündür ki, İsrail-Fələstin münaqişəsi davam edir.
