Tatlısəsin qızı matəmə görə konsertinin ləğv olunmasına etiraz etdi

Tatlısəsin qızı matəmə görə konsertinin ləğv olunmasına etiraz etdi
1857 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli sənətçi İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan edilməsinə etiraz edib.

Axşam.az xəbər veri ki, bu barədə o, sosial media hesabında yazıb. Belə ki, Matəm səbəbindən onun konserti təxirə salınıb.

"Matəm səbəbi ilə təsirlənən yeganə sektor niyə musiqi olmalıdır?Evləndirmək, təmizlik, yemək proqramları hələ də televizorda verilir. Musiqi sektorunda olanlar üçün işləmək lüks hesab olunur? Əgər milli matəmdirsə, onda televizorda təqdim olunan bütün yayımlara tətbiq olunmalıdır" deyə, ifaçı bildirib.

Dilanın paylaşımı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub. İradların ardından o, yenidən paylaşım edib:

"Mən konsertlər dayandırılmasın demədim. Matəmdirsə, bütün millət tutmalıdır. Təkcə sənət deyil, futbol da televizorda yayımlanmamlıdır. Yoxsa başqa cür ancaq sənət yası olur və ədalətsiz şəkildə milli matəm adlandırılır". 

Xatırladaq ki, daha əvvəl türkiyəli müğənni Zeynep Bastık da bununla bağlı etirazını instaqram hesabında yayımlayıb və tənqid atəşinə tuş gəlib.

Qeyd edək ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. `

Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə matəm ölkədə oktyabrın 21-i axşam bitəcək.