İnstaqram platformasında "Var böyle tipler" səhifəsinin rəhbərləri - fenomen Kıvanç Talu və həyat yoldaşı Beril Talu dələduzluqda ittiham olunur.
Axşam.az xəbər verir ki, cütlüyün iş vədi, reklam kampaniyası və pulu faizi ilə qaytaracaqları adı ilə yaxın çevrələrini aldadıb 100 milyon lirə (təxminən 6 milyon manat) aldığı və Portuqaliyaya qaçdıqları ortaya çıxıb. Hətta ikili qaçmazdan dörd gün əvvəl aldatdıqları insanları evlərinə yığaraq onlar üçün məclisi təşkil ediblər.
Lakin bundan sonra onlardan xəbər almaq mümkün olmayıb. Kıvanç və Beril hesablarını bağlayıb və bazar ertəsindən bəri telefonlarına cavab vermirlər. Cütlük daha sonra yeni bir hesab açaraq 1 noyabr tarixində baş verənlərlə bağlı açıqlama yayacaqlarını deyiblər.
Gecədə müğənni Kənan Doğul və həyat yoldaşı, aktrisa Beren Saatın iştirak etdiyi deyilsə də, onlar bunu təkzib ediblər.
Qeyd edək ki, Kıvanç "Çok Güzel Hareketler 2"nin üzvüdür.