Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraildə yaşayan Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və övladları ilə birgə ölkəni tərk edib.
Axşam.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb. Bildirilib ki, onlar Kiprə köçüblər.
İddia olunub ki, Puqaçova hələ 2017-ci ildə Kiprdə dəniz sahilində villa alıb. O, bunun üçün iki milyon dollardan çox pul ödəyib. Bu səbəbdən müğənni uşaqları ilə Kipr pasportu əldə edərək ölkənin vətəndaşları olublar.
Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü.