Kazan məhkəməsi "Azadlıq radiosu"nun tatar-başqırd xidmətinin redaktoru Alsa Kurmaşeva ilə bağlı həbs qərarı qəbul edib.
Axşam.az xəbər verir ki, onun barəsində 1 ay 17 gün müddətinə, yəni dekabrın 5-dək həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, məhkəmə jurnalisti "Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınmaqda" şübhəli bilərək istintaq təcridxanasına göndərib.
Qeyd edək ki, jurnalist oktyabrın 18-də saxlanılıb.
