Daha bir fenomenin əmlakına əl qoyuldu

Daha bir fenomenin əmlakına əl qoyuldu
2590 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli sosial media fenomeni Nez Demirin də əmlakı müsadirə edilib.

Axşam.az xəbər verir ki, bu haqda Anadolu agentliyi məlumat yayıb. İstanbul Anadolu Baş Prokurorluğunda fenomen Dilan Polat, həyat yoldaşı, iş adamı Engin Polat və digər şübhəlilər haqqında bildiriş əsasında istintaq başladılıb.

Bildirilib ki, "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasının qarşısının alınması, vergi prosessual qanununun pozulması, futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi" cinayətlərində şübhəli bilinən şəxslər barəsində tədbir görülüb. Şübhəlilər barəsində xaricə çıxış qadağası, bütün əmlaklarının müsadirə edilməsi və barələrində həbs qətimkan tədbiri seçilib.

Siyahıda Dilanın ortağı Nezin də adı yer alıb. O, bununla bağlı sosoial media hesabında paylaşım edərək bu məsələdə qurban olduğunu, adı çəkilən şəxslərlə 3 ildir əlaqədə olmadığını deyib. Nez hazırda hesablarında olan pullardan istifadə edə bilməməsindən şikayətlənib.

Qeyd edək ki, daha əvvəl Dilanın əmlakının müsadirə edildiyi bildirilmişdi.