Peris Hiltondan oğlu ilə bağlı yazılanlara cavab - Fotolar

Peris Hiltondan oğlu ilə bağlı yazılanlara cavab - Fotolar
1817 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hilton” hotellər şəbəkəsinin varisi, müğənni, model Peris Hilton ötən günlərdə səkkiz aylıq oğlunun fotolarını sosial media hesabında yayımlayıb.

Axşam.az xəbər verir ki, izləyicilər surroqat anadan dünyaya gələn uşağın xarici görünüşü ilə bağlı müxtəlif şərhlər yazaraq başının böyük olduğunu bildiriblər. Məsələ ilə bağlı Peris açıqlama yayımlayıb:

"Bu dünyada nə qədər xəstə insan var. Mənim mələyim tamamilə sağlamdır. Bəli, təbii ki, onu həkimə aparmışam, sadəcə böyük beyni var".

Qeyd edək ki, müğənni 2021-ci ildə iş adamı Karter Reumunla ailə qurub.