Ad günündə ən böyük arzusuna çatdı - Fotolar

Ad günündə ən böyük arzusuna çatdı - Fotolar
2928 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə ad günü ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, 24 yaşı tamam olan Suada özəl günündə həyat yoldaşının onun arzusunu reallaşdırdığını bildirib. Onlar Floridada yerləşən "The Wizarding World of Harry Potter" (Harri Poterin sehrbazlar dünyası) adlı şəhərciyə yollanıblar.

"Kristoferə bu gözəl və emosiyalarla dolu gün üçün təşəkkür edirəm. Səni sevirəm. İndi mənim özəl kolleksiyamda şəxsi çubuğum da var. Yazdıqlarım dünən yaşadıqlarımın yalnız 10 faizidir. Tezliklə hamısını görəcəksiniz" deyə, Suada əlavə edib. 

Kristofer isə Suadanın fotosunu yayımlayaraq "Uzun müddət davam edən xəyallardan sonra o, nəhayət bura ayaq basdı. İndi o, həmin çubuqla da tanış oldu" deyə, bildirib. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub.