"Amerika piroqu" film seriyasının aktrisası Tara Rid "Los Angeles Inquisitor" jurnalı üçün kamera önünə keçib.
Axşam.az xəbər verir ki, 47 yaşlı aktrisanın görünüşü müzakirə yaradıb. İzləyicilər onun tanınmaz dərəcədə dəyişdiyini bildiriblər.
Tara müsahibə əsnasında anoreksiya (qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur) ilə bağlı sualı cavablayıb.
"Məndə anoreksiya heç vaxt olmayıb. Qusma düşüncəsi məni qorxudur, ona görə də bu, başıma gələ bilməz. Üstəlik, yemək yeməyi çox sevirəm. Belə düşünənlər yanılırlar. Bəsdirin, məni rahat buraxın. Başqa səbəblərə görə arıqladım, buna görə yox".