"Yalı çapkını" serialına yeni aktyorlar daxil olacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən verir ki, ekran işində sonuncu dəfə "Təşkilat" serialında rol alan Turqut Tuncalp "Pelin"in dayısı obrazına həyat verəcək. Turqutun qızını isə Büşra Alnıtəmiz canlandıracaq.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir paylaşır.