Çağatayın tərəf müqabili dəyişdi - Fotolar

Çağatayın tərəf müqabili dəyişdi - Fotolar
1489 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandıracağı "Gaddar" serialına yeni aktyorlar daxil olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Hakan Salınmış rol alacaq. O, Çağatayın atası "Davut" obrazına həyat verəcək.

Çağatayın tərəf müqabili isə Sümeyya Aydoğan olacaq. Aktrisa "Aydan" obrazını canlandıracaq.

Qeyd edək ki, "Fox" kanalında yayımlanacaq ekran işində daha əvvəl Melis Sezenin aktyorla tərəf müqabili olacağı deyilirdi.