Musiqi Formunun ikinci günü başladı - Fotolar

Musiqi Formunun ikinci günü başladı - Fotolar
951 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun ikinci günü işini davam etdirib.

Axşam.az xəbər verir ki, “Gamma group” şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən “Milli musiqi sənayesinin inkişafı” adlı panel sessiyada musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları və bu kimi digər mövzular müzakirə olunur. 

Forumda bəstəkarlar, müğənnilər, dövlət və incəsənət nümayəndələri iştirak edirlər. 

Qeyd edək ki, oktyabrın 29-da "Gülüstan" Sarayında tədbirin açılış mərasimi keçirilib. Forum oktyabrın 31-də başa çatacaq.