Fələstin-İsrail münaqişəsi fonunda İsraili tərk edən Rusiyanın Xalq artisti Alla Puqaçovadan xəbər var.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir sosial media hesabında paylaşım etməyən və Qəzza zolağında baş verən hadislərə görə, növbəti dəfə ölkə dəyişən Puqaçovanın instaqram hesabında aktivlik görünüb. Belə ki, ifaçı 4 aydan sonra ilk dəfə paylaşım edib.
Sənətçi şoumen həyat yoldaşı Maksim Qalkin və övladları Harri ilə Lizanın fotolarını yayımlayıb. O, şəkillərə "Yaşamağa davam" qısa şərhini yazıb. Puqaçova şərh bölməsini bağlayıb.
Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb.