Dilan Polatla həyat yoldaşı saxlanıldı - Fotolar

Dilan Polatla həyat yoldaşı saxlanıldı - Fotolar
4406 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polat saxlanılıb.

Axşam.az xəbər verir ki, onlarla yanaşı Dilanın bacısı Sıla Doğu və Enginin qardaşı Kürşat Polat da tutulub.

Bildirilib ki, onlar çirkli pulların yuyulmasında ittiham edilirlər. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müdddət öncə Dilanla Enginin  əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi.

Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir.