Zəfər Gününə həsr olunan konsertdən - Fotolar

Zəfər Gününə həsr olunan konsertdən - Fotolar
367 dəfə oxunub
  • A-
  • A
  • A+

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Xor Kapellasının konserti olub.

Axşam.az xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Nərmin Rzayeva, Elxan Niftiyevin müşayiətilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Ağasıyev, Anton Ferştandt, beynəlxalq müsabiqələr laureatları Nigar İsmayılova, Nəsibə Bədəlbəyli, Adil Baxışlı, Safura Aslanova və İntiqam Allahverdiyev öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəylinin “Ey vətən”, “Milli marş”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Qara Qarayevin “Bayrağımızdır”, Tofiq Quliyevin “Azərbaycan”, Aqşin Əlizadənin “Ana torpaq”, Elza İbrahimovanın “Ey vətən”, Vasif Adıgözəlovun “Bakı”, Müslüm Maqomayevin “Odlar yurdu”, Cavanşir Quliyevin “Zirvə”, Elnarə Dadaşovanın “Alqış qeyrətinə” və digər əsərlər səsləndirilib.