Bakıda "Roozi kulinariya" adlı məkan fəaliyyatə başlayıb.
Axşam.az xəbər verir ki, bloger Fidan Zeynin sahibi olduğu kulinariya mərkəzində bir-birindən dadlı şirniyyatlar, yeməklər və dondurulmuş qidalar (polifabrikatlar) satışa çıxarılıb.
Məkanın özəlliyi ondadır ki, burada hər yerdə gördüyünüz tortlar, şirniyyatlar yox, tam fərqli qidalar tapa biləcəksiniz.
Yeni biznesindən danışan Fidan bildirib ki, mərkəzdə satılan hər şey keyfiyyətinə görə fərqlənir:
"Məkanım oğlumun məktəbinin yanındadır. İstədim ki, valideynlər ürək rahatlığı ilə övladlarına şirniyyat, yeməklər və "fast-food"lar ala bilsinlər. Ölkədə satılan bir çox burgerlərin ətləri xaricdən gətirilir. Hətta internetdə qarşımıza çıxanda görürük ki, toyuqların tükünü təmizləmədən onu farş halına salırlar. Biz isə tanıdığımız qəssaba kəsdirdiyimiz heyvanın ətini alıb gətirirk. Biri var heyvanı "bismillah" deyib kəsəsən, biri də var "bismillah"ın mənasını bilərək kəsəsən. Bizim qəssabımız da bunu bilən şəxsdir. Heç bir dondurulmuş ət istifadə etmərik. Hamı yeməklərimizi, burgerlərimizi heç bir şübhə etmədən alıb yeyə bilər. Məhsullarımız keyfiyyətinə, hallalığına görə seçildiyi kimi dadı ilə də dillər əzbəri olacaq.
Digər bir tərəfdən mağazalarda satılan tortlara qatqılar qatırlar, xəmirə dərman vururlar ki, çox şişsin. Tortun tərkibindəki qatqılar insanda şirniyyata asılılıq yaradır, onun uzun müddət qalmasına kömək edir. Bu dərmanlar daxildə göbələk xəstəliyi yaradır. Mən heç bir qatqıdan, dərmandan istifadə etmirəm. Bütün yeməkləri hazırlayanların başının üstündə anam durur. Mağazaya isə özüm nəzarət edirəm.
Öz ailəmə rahatlıqla yedizdirdiyim qidaları müştərilərimə də təqdim edirəm".
Fidan əlavə edib ki, məkan yeni açılmasına baxmayaraq, artıq müştərilərinin sayı çoxdur:
"Hər kəs bizim ailəni tanıyır. Bilirlər ki, mən və həyat yoldaşım (stomatoloq Şamil Rzayev - red.) keyfiyyətə önəm veririk. Bir il bundan əvvəl sosial şəbəkədə səhifə açdım və həftəsonları sifarişlə xaş hazırlayırdım. Sonra gördüm ki, sifariş çoxalır və çatdıra bilmirəm. Səhifəni bağladım və bu cür məkan açmaq qərarına gəldim".
Bir çox tanınmışın qatıldığı açılış mərasimində bir neçə dəqiqə içərisində mağazada yer alan qida məhsullarının çox hissəsi satılıb.
"Roozi kulinariya" Hüseyn Cavid prospekti 89 ünvanında yerləşir.
Məkanla əlaqə saxlamaq üçün @roozi_kulinariya instaqram səhifəsinə keçid edə bilərsiniz.