Əməkdar artist Elza Seyidcahan Ulu Öndərimiz Heydər Əliyevin 100 - illiyi çərçivəsində növbəti konsertini verib.
Axşam.az xəbər verir ki, gecədə Xalq artistləri Mələkxanım Eyubova, Məleykə Əsədova və bir Konsertdə Seyidcahanın bəstələri səsləndirilib. Müğənni bildirib ki, tədbirin təşkilatçısı özü olub:
"Bu, mənim Ulu Öndərimiz Heydər Əliyevin 100 - illiyi çərçivəsində keçirilən növbəti konsertim idi. Gecədə Xalq, Əməkdar artistlər yer aldı, bəstələrimi oxudu. Eyni zamanda qiraət ustaları, rəqs qrupları, orkestrlər də çıxışlar etdi".