Doğuşun vəkili iddialarla bağlı açıqlama yaydı

Doğuşun vəkili iddialarla bağlı açıqlama yaydı
6728 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Doğuşun azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evli olduğu halda başqa qadınla dini nikaha girməsi iddiası günlərdir müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, Esra adlı qadın Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Asla vazgeçme" verilişinə gələrək, Doğuşun onunla dini nikaha girdiyini deyib. 

Məsələ ilə bağlı heç bir açıqlama verməyən Doğuş və Xoşqədəm məhkəməyə müraciət edib. Bununla bağlı açıqlamanı Doğuşun vəkili Feyza Altun yayıb. Vəkilin yaydığı media açıqlamasında bunlar qeyd edilib:

"Didem Arslan Yılmazla Asla vazgeçme" verilişində adı hallanan müvəkkilim Doğuş haqqında iddiaların gerçək tərəfi yoxdur. Doğuşun Alaattin adlı meneceri heç vaxt olmayıb. Proqramda yayımlanan, müvəkkilimin xəbərsiz və icazəsi olmadan çəkilən görüntülərin yayımlanması, həm çəkən, həm də yayımlayan tərəfindən Türk Cəza Qanununun 133 və 134. maddələri ilə özəl həyatın gizliliyini qorunmasına ziddir. Doğuşun evlilik həyatı isə özünə özəl olub, cavabdeh olduğu tək şəxs, sevib hörmət etdiyi və hazırda gözəl bir ailəsi olan, uşaqlarının anasıdır. Xanımın adının çəkilməsi, uşaqların psixologiyasına təsir edən yayım edilməsi həm müvəkkilimin, həm də xanımının haqqlarına təcavüzdür".

Bildirilib ki, verilişdə bununla bağlı məlumatların verilməsi dərhal dayandırılmalıdır. Vəkil hazırda tərəflərin məhkəməyə müraciət etdiyini açıqlayıb. 

Qeyd edək ki, Esra adlı xanım "Dini nikah kəsdirdiyimiz gün yanımızda Doğuşun meneceri və iki rəfiqəm vardı. Mənim xəbərim yox idi. Nikah kəsən insan gəldikdə bunu anladım. Doğuş öncədən dini nikah kəsdirməklə bağlı təklif etmədi, süpriz oldu. Amma evli idi, mən boşanacağını zənn edirdim" sözlərini deyib. 

Doğuş və Xoşqədəm 2014-cü ildə ailə həyatı qurub. Onların bu evlilikdən əkiz oğulları var.