Mobil Babayev dəfn edildi - Fotolar+Yenilənib

Mobil Babayev dəfn edildi - Fotolar+Yenilənib
1444 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevlə vida mərasimi keçirilib.

Axşam.az Report-a istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak ediblər.

Mərhumun cənazəsi Yasamal qəbiristanlığına aparılaraq dəfn ediləcək.

***

Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev dəfn olunub.

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.