Emili fotolarının icazəsiz yayımlanmasını istəmir

Emili fotolarının icazəsiz yayımlanmasını istəmir
1832 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı model-aktrisa Emili Ratajkovski Avstraliyanın "Vogue" jurnalının dekabr sayında yer alıb.

Axşam.az xəbər verir ki, model şəkillərinin paparatsilər tərəfindən icazəsiz çəkilərək paylaşılmasından narazı olduğunu bildirib.

Emili hazırda fotolarının pul qazanmaq üçün qanunsuz paylaşılmasının qarşısını almaq üçün çalışdığını deyib:

"Modellik sənin etdiyin işdir. Şəkillər çəkirsən və buna görə də pul alırsan. Amma eyni zamanda, xüsusilə kişi fotoqraflar tərəfindən bu fotoların özlərininki hesab etdikləri ilə qarşılaşdım. Bu şəkillər üzərində heç bir hüququm və ya nəzarətim yox idi. Biznes qurduğum şey əslində mənim deyildi".