Amerikalı müğənni Kristina Aqilera Meksikanın “InStyle” jurnalının yeni sayının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, 42 yaşlı müğəninin fotosessiyası müzakirələrə səbəb olub. Sosial media izləyiciləri Kristinanın 20 il əvvəlki kimi göründüyünü deyiblər.
"2001-ci ildəyik?", “Bir gün də olsun qocalmamısan. Bunun 2002-ci ilin üz qabığı olduğunu düşünürdüm", "2001-ci illərdir?", "Bu doğrudur, yoxsa 2002-ci ilin fotosudur?" kimi şərhlər ifaçının ünvanına yazılıb.