Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında "Qırmızı Dəniz" Film Festivalı baş tutub.
Axşam.az-ın məlumatına görə, festival çərçivəsində qadınların kinonun inkişafına verdiyi töhfələrə həsr olunmuş “Women In Cinema” qala gecəsi keçirilib.
Tədbirdə Şeron Stoun, Dayan Krüqer, Alessandra Ambrosio, Zoe Saldana, Mişel Uilyams, Məryəm Üzərli, Sofiya Verqara, Mişel Rodriqes və digər ulduzlar iştirak ediblər.