Londonda amerikalı məşhur müğənni Beyonsun eyniadlı dünya turundan bəhs edən "Renessans" filminin premyerası olub.
Axşam.az xəbər verir ki, filmi 42 yaşlı müğənni şəxsən təqdim edib. Turda iştirak edən qızı Blu Ayvi, Taylor Svift və Bleyk Layvli də tədbirdə yer alıblar. Həyat yoldaşı, reper Cey-Z də gecədə Beyonsu tək qoymayıb.
Beyons təqdimatda geyimləri ilə diqqət çəkib. O, mavi qiymətli daşlarla bəzədilmiş ekstravaqant geyimində qonaqların qarşısına çıxıb. Daha sonra Beyons qızılı saplarla işlənmiş çiçəkli bodili və uzun yarıqlı libasda kameralara poz verib.