Ötən gün Los-Ancelesdə “Elle” jurnalının “Women in Hollywood” partisi keçirilib.
Axşam.az xəbər verir ki, tədbirdə Cennifer Lopez, həyat yoldaşı Ben Afflek, Codi Foster, Ceff Bezosun nişanlısı Lauren Sançez, Keyt Bekinseyl və başqaları iştirak ediblər.
Lopez qırmızı xalçada cəsarətli metal parçadan ibarət libası ilə diqqət çəkib. Son zamanlar münasibətlərində problemlərlə gündəmə gələn CeyLo və Ben dodaq-dodağa kameralara poz veriblər.