"Netflix"də yayımlanan "Squid Game" realiti-şousunun qalibi bu gün bəlli olacaq.
Axşam.az xarici mətbutata istinadən xəbər verir ki, 456 nəfərlə start götürən yarışmanın finalında isə yalnız üç iştirakçı mübarizə aparacaq.
Qalib olan şəxs isə 4,56 milyon dolların (təxminən 6 milyon 895 min manat) sahibi olacaq.
Müsabiqədənin finalçıları isə 016 nömrəli oyunçu Sem Lantz, 287 nömrəli Mey Uilian və 451 nömrəli Fil Keyndir.
Qeyd edək ki, serialda olduğu kimi realiti-şouda da oyunçular verilən tapşırıqları yerinə yetirirlər.