Eminin Bakıda ənənəvi konserti gerçəkləşib - Fotolar

Eminin Bakıda ənənəvi konserti gerçəkləşib - Fotolar
931 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında ənənəvi qış konsertini verib. 

Axşam.az xəbər verir ki, müğənni gecədə yeni mahnılarını səsləndirib. O, konsert günü işıq üzü görən yeni rusdilli “44”, fevralın 9-da işıq üzü görəcək ingilisdilli “Now Or Never” albomundan mahnılar ifa edib.

Gecədə tamaşaçılarla söhbəti ilə də yadda qalan Emin "Bu il 44 yaşım tamam olur və həyatın bu fəslini özüm üçün parlaq bir şeylə - yeni rusdilli albomla qeyd etmək qərarına gəldim. Burada çoxlu duet mahnılar var: Saşa HammAli ilə heyrətamiz mahnı "Səndən əvvəl", Leonid Aqutinin "My Friend" mahnısı, Jony, Jah Khalib və HammAli & Navai ilə mahnılar" deyə, Emin bildirib.

Gecədə Emin tamaşaçılara sürpriz edərək, yeni mahnısını da səsləndirib. O, Sevil Əliyevanın bəstələdiyi dahis Müslüm Maqomayevin repertuarında yer alan “Ümidin on iki ayı” ("Двенадцать месяцев надежды") mahnısını oxuyub.

Ağalarov bildirib ki, bəstəni oxumaq üçün Sevil Əliyeva ona xeyir-dua verib.

Gecədə övladları Əli, Mikayıl və Əminə də onu dinləyənlər arasında olub. Emin “Mənim Azərbaycanım” mahnısı ilə gecəni yekunlaşdırıb.

Bakıda keçirilən konsertdə Emin fan-klubunun təəşəbbüsü, ifaçının özünün və komandasının dəstəklədiyi "Yaxşılığın Bumeranqı xeyriyyə layihəsinə start verilib. Gecədən əldə edilən vəsait ciddi genetik xəstəliklə mübarizə aparan Cəhrami Fatehin ailəsinə bağışlanacaq.

Konsertin təşkilatçısı "Zhara events"dir.