Serialın çəkiliş meydançasında yanğın - Fotolar

Serialın çəkiliş meydançasında yanğın - Fotolar
1212 dəfə oxunub
  • A-
  • A
  • A+

"TRT1" kanalında yayımlanan "Kudüs Fatihi Selahaddin Eyyubi" serialının çəkiliş meydançasında yanğın olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın serialın çəkildiyi məkanda baş tutub. Qısa zamanda məkana yanğınsöndürənlər və təcili yardım heyəti gəlib.

Yaralanan olmasa da, məkan yararsız hala düşüb. Hazırda baş tutan yanğınla bağlı araşdırma aparılır.

Qeyd edək ki, serialın baş rollarını Uğur Günəş, Dilin Döğer, Mehmet Əli Nuroğlu, Kaan Çakır, Hakan Vanlı və Əli Ersan Duru paylaşırlar.