Malaxovun verilişində Rəşid Behbudovun mahnısını oxudu - Video

Malaxovun verilişində Rəşid Behbudovun mahnısını oxudu - Video
1848 dəfə oxunub
  • A-
  • A
  • A+

Şanson ifaçısı Cəlal Abbasov Rusiyanın “Rossiya 1” telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Привет, Андрей!” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, o, efirdə mərhum əfsanəvi Azərbaycan ifaçısı Rəşid Behbudovun repertuarından “Mən bir qızla tanış oldum” ("Я встретил девушку") mahnısını oxuyub. Onun ifasına digər qonaqlar da qoşulub.

Rusiyanın Xalq artisti Yuri Antonov Cəlal haqqında "Düzünü desəm, bu qədər gözəl oxuyacağını gözləmirdim, bu məni təəccübləndirdi” deyə, bildirib.

Qeyd edək ki, daha əvvəl proqrama Xalq artisti Əlixan Səmədov qatılmışdı.