Kral xərçəng olduğunu bilən kimi ona zəng vurub

Kral xərçəng olduğunu bilən kimi ona zəng vurub
1203 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulub.

Axşam.az-ın məlumatına görə, III Çarlz bunu Şahzadə Harriyə zəng vuraraq deyib. Xəbəri eşitdikdən sonra şahzadə Böyük Britaniyaya getmək qərarı alıb.

Aralarındakı mübahisəni bir kənara qoyaraq Harrinin ölkəyə qayıtması Kralın vəziyyətinin ciddi olduğu kimi şərh olunub.

Harri həyat yoldaşı Meqan Markl və uşaqları Arçi və Lilibet olmadan Londona uçacaq.

Qeyd edək ki, mərhum Kraliça II Elizabetin öldüyü gün Harri həyat yoldaşı, hersoginya Meqan Markla görə atası III Çarlzla ciddi mübahisə yaşayıb. Belə ki, atası ondan Meqanı özü ilə Şotlandiyaya aparmamasını xahiş etmişdi.

Sasseks hersoginyası Meqan ötən il III Çarlzın tacqoyma mərasiminə də qatılmamışdı.