Daha bir qadın reperi təcavüzdə ittiham edir

Daha bir qadın reperi təcavüzdə ittiham edir
356 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha bir qadın "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsıdan şikayətçidir.

Axşam.az xəbər verir ki, hazırda 51 yaşı olan Aprel Lampros məhkəməyə müraciət edib.

Aprelin sözlərinə görə, 30 il əvvəl reper onu moda mühitində tanıdacağına söz verib. Lakin Pi Didi məclislərin birində onu sərxoş edib, daha sonra ona hücum çəkərək təcavüz edib. Hadisə zamanı zərərçəkən huşunu itirib.

O, bildirib ki, hadisədən sonra Pi Didi ona hədiyyələr göndərib. Reper onu şantaj etdiyi üçün qız yeni görüşə razılıq verib. Bundan əlavə, Aprel reperin ona narkotik verdiyini və onu qarşısında başqa bir şəxslə intim münasibətdə olmağa məcbur etdiyini deyib.

Qeyd edək ki, müğənni Kessi Ventura 2018-ci ildə "Pi Diddi"nin ayrılıq qərarı aldıqdan sonra ona təcavüz etdiyini deyib. Həmçinin, 2005-ci ilə qədər olan münasibətdə Kessi keçmiş sevgilisinin onu müntəzəm olaraq döydüyünü, spirtli içki və narkotik verdiyini, silah gəzdirməyə və digər kişilərlə cinsi əlaqədə olmağa məcbur etdiyini söyləyib.

Daha əvvəl Kristal Makkinni adlı qadın da eyni məzmunlu şikayətlə məhkəməyə müraciət edib.