"Netflix" platforması 2025-ci ildə iki əyləncə kompleksi tikməyi planlaşdırır.
Axşam.az "Variety" nəşrinə istinadən xəbər verir, məkanlar Kinq of Praşa və Dallas şəhərlərində açılacaq,
Bunlar tamamilə tematik komplekslər olmayacaq. Məkanda "Netflix" franşizaları ("Bridgerton", "Stranger Things", "Squid Game") ilə əlaqəli müxtəlif mağazalar, yeməkxanalar və attraksionları olacaq.
Komplekslər "Netflix House" adlanacaq.