Sərxoş halda saxlanılan Castinin fotosu yayıldı

Sərxoş halda saxlanılan Castinin fotosu yayıldı
792 dəfə oxunub
  • A-
  • A
  • A+

İki gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilən Castin Timberleykin fotosu internetdə yayılıb.

Axşam.az xəbər verir ki, şəkil Nyu-Yorkun Saq-Harbor kurort şəhərindəki polis tərəfindən paylaşılıb.

Mətbuatda yayılan məlumatlara görə, polis onu saxlayarkən ifaçını tanımayıb. Dayanma nişanının tələbinə əməl etməyən müğənnini polis təqib etməyə başlayıb. Sənətçi qaçmağa çalışsa da, polislər onu dayandırıblar.

Ayıqlıq testindən keçməsi istənilən Castin Timberleyk bundan imtina edib. O, daha sonra zaminə buraxıldıqdan sonra polis bölməsini tərk edib.

Qeyd edək ki, ifaçı çərşənbə axşamı ittiham olunacaq.