Türkiyədə yayımlanan "Kıyma" serialının çəkiliş meydançasına silahlı hücum edilib.
Axşam.az xəbər verir ki, çəkilişlərə hazırlıq əsnasında Adanadan gələn əsas aktyor heyətinə atəş açılıb. Hadisə nəticəsində aktyor Cengizhan Yurdutek yaralanıb. Mərmi onun başından sıyrılaraq keçib.
Hücum edən şəxslər 5 dəfə atəş açdıqdan sonra oradan qaçıb. Polis hadisə yerinə gəlib və şahidləri dindirib. Hadisəni törədən şəxslərin axtarışısı isə hələ də davam edir.
Qeyd edək ki, Cengizhan serialda "Cengo" obrazını canlandırır.