Mask ilk dəfə 12-ci övladının olmasından danışdı

Mask ilk dəfə 12-ci övladının olmasından danışdı
539 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Maskın 12-ci övladı olub.

Axşam.az-ın məlumatına görə, milyarder "Neuralink" şirkətinin xüsusi layihələr üzrə direktoru Şivon Zilislə övladının olmasına ilk dəfə münasibət bildirib. O, bunun sirr olmadığını deyib:

"Bu, heç də sirr deyildi, dostlarımız və qohumlarımız bilirdi. Amma uşaq doğulduqdan sonra mətbuatda açıqlama yaymaq qəribə olardı. Xəbəri yaymamağımız o demək deyil ki, bu, gizlidir".

Körpənin adı və cinsi hələlik məlum deyil.

Qeyd edək ki, 52 yaşlı Maskla Zilisin 2021-ci ildə Texasda əkizləri doğulub. Onlardan başqa Maskın daha yeddi övladı var. Onun keçmiş həyat yoldaşı Castin Uilsondan ümumilikdə beş ortaq övladı var. Bundan başqa milyarderin müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Onun son dəfə avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdə olduğu xəbəri yayılıb.