“Karib dənizinin quldurları”nın aktyorunu köpək balığı parçalayaraq öldürüb

“Karib dənizinin quldurları”nın aktyorunu köpək balığı parçalayaraq öldürüb
1000 dəfə oxunub
  • A-
  • A
  • A+

“Karib dənizinin quldurları”nın dördüncü hissəsində rol alan aktyor Tamayo Perri faciəli şəkildə ölüb.

Axşam.az xəbər verir ki, o, Havay adasının Oahu adasında köpək balığının hücumuna məruz qalaraq dünyasını dəyişib. 49 yaşlı aktyorun qolu və ayağı olmayan cəsədi Malaekahana çimərliyi yaxınlığında okean sahilində tapılıb.

Tamayo xilasedici işləyib və boş vaxtlarında sörfinqlə məşğul olub. Onun çox qan itirdiyi bildirilib.

Qeyd edək ki, Perri "Karib dənizinin quldurları: Qərib dalğalarda" filmindəki pirat rolu, həmçinin "Mavi dalğa" filmi və "Havay beşliyi.0" serialından tanınır. 2015-ci ildə o, kino karyerasını bitirib və həyatını sörfinqə həsr etmək qərarına gəlib.