Aktrisa Metyu Perrini öldürməkdə ittiham olunur

Aktrisa Metyu Perrini öldürməkdə ittiham olunur
411 dəfə oxunub
  • A-
  • A
  • A+

Polis “Dostlar” serialının ulduzu Metyu Perrinin ölümündə əli olduğu güman edilən şəxsin kimliyini açıqlayıb.

Axşam.az xəbər verir ki, ötən ilin sonlarında evində cəsədi tapılan aktyorun ölüm səbəbinin ketaminin təsiri olduğu güman edilir. İstintaqın fikrincə, bunun onun tanışı, aktyor Çarli Şinin keçmiş həyat yoldaşı, aktrisa Bruk Müllerin edib. 

Bruk artıq polis tərəfindən dindirilib, telefonu və kompüteri müsadirə edilib. O, Metyunu öldürmədə ittiham olunacaq. Cinayət işində daha bir neçə nəfərin də iştirak etdiyi bildirilib.

Qeyd edək ki, Metyu kimi Bruk da narkotik problemi yaşayıb və o, reabilitasiya mərkəzində müalicə alıb. Onlar elə orada tanış olublar. Çarli özü də narkotik asılılığından əziyyət çəkib və HİV xəstəsi olduğu bəllidir.

Metyu Perri oktyabrın 28-də Los-Ancelesdəki evinin hamamında 54 yaşında vəfat edib. Ekspertizanın ilk açıqlamasına görə, aktyor ketaminin kəskin təsirindən ölüb. Bu yaxınlarda müstəntiqlər yeni detallar aşkar ediblər. Belə ki, aktyorun evində ketamin olmayıb. Bundan əlavə, o, spirtli içki və ya qanunsuz maddələr qəbul etməyib. Müstəntiqlər belə qənaətə gəliblər ki, kimsə ona ketamin gətirib.