Kanye Uest məhkəməlik oldu

Kanye Uest məhkəməlik oldu
303 dəfə oxunub
  • A-
  • A
  • A+

Adı açıqlanmayan İT komandası amerikalı məşhur reper Kanye Uesti məhkəməyə verib.

Axşam.az xəbər verir ki, bu barədə TMZ əldə etdiyi iddia ərizəsinə əsasən məlumat yayıb.

Komanda üzvləri reper tərəfindən alçaldıldılqlarını və dəhşətli iş şəraitindən şikayət ediblər.

Açıqlamaya görə, İT mütəxəssislərə işin qarşılığında yalan vədlər verilib. Onlar uzun iş qrafikində işləməyə məcbur edilib, irqçi istehzalara və “yeni qullar” kimi ifadələrə dözməli olublar.

İddiaçılar təzminat, əlavə iş və mənəvi ziyanın ödənilməsini tələb etmək üçün məhkəməyə müraciət ediblər.