CeyLo ilə Ben uzun müddətdir ayrılıb

CeyLo ilə Ben uzun müddətdir ayrılıb
667 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur müğənni Cennifer Lopezlə həyat yoldaşı, həmkarı Ben Afflekin uzun müddətdir evliliklərini bitirdiyi bildirilib.

Axşam.az xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbələr "Page Six"ə danışıb.

Nəşrin məlumatına görə, CeyLo ilə Afflek bir neçə ay əvvəl ayrılıb.

Bu müddət ərzində onlar birlikdə olduqlarını nümayiş etdirməyə çalışıblar. Lakin aralarındakı münasibət getdikcə pisləşib. Belə ki, ikili martdan bəri bir-birlərini görmürlər və ünsiyyət qurmurlar. Ayrılıq müddəti Cennifer üçün ağrılı keçib. Onun panik atakları olub.

Bildirilib ki, ikilinin barışmaq şansları yoxdur.

Qeyd edək ki, 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri beş milyon dollardan çox olan üzük vermişdi və onlar elə həmin ilin iyulunda Las-Veqasda evlənmişdilər.