Hindistanlı milyarder oğlunun toyu şərəfinə həmin cütlükləri evləndirdi

Hindistanlı milyarder oğlunun toyu şərəfinə həmin cütlükləri evləndirdi
2155 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanlı milyarder, iş adamı Mukeş Ambani 28 yaşlı oğlu Anant Ambaninin toyundan əvvəl atdığı addımla diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, imkanı çatmayan cütlüklər üçün kütləvi toy mərasimi təşkil edib. Mərasim Reliance Korporativ Parkında keçiriləcək.

Qeyd edək ki, Anant Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantla nişanlıdır. İyulun 12-də onların toyu olacaq.