Milyarderin oğlunun təəccübləndirən toy dəvətnaməsi

Milyarderin oğlunun təəccübləndirən toy dəvətnaməsi
2098 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanlı milyarder, iş adamı Mukeş Ambani 28 yaşlı oğlu Anant Ambaninin toy məclisinə təmtəraqlı formada hazırlaşır.

Axşam.az xəbər verir ki, dünya mediası aylardır onun toyundan, hazırlıqlarından yazır. Bu dəfə isə Anantın toy dəvətnaməsi gündəmə gəlib. 

Anant və nişanlısı, Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantın toy dəvətnaməsi hədiyyə dolu yeşikdə yer alıb. Müxtəlif hədiyyələrin, maraqlı fikirlərin yer aldığı sandıxda eyni zamanda bahalı, kətan parça da yerləşdirilib. Burada toyla bağlı bir neçə məlumatlar da yer alıb.

Toy iyulun 12-də olacaq.

Qeyd edək ki, martın 1-də üçgünlük toyqabağı məclis keçirilib. Hadisə Camnaqardakı ailə mülkündə baş verib. Ziyafətin əsas qonağı 10 milyon dollar qonorar alan Rihanna olub. Qonaq siyahısına Bill Qeyts, Mark Zukerberq və həyat yoldaşı Priscilla, Kanadanın keçmiş baş naziri Stiven Harper, Avstraliyanın keçmiş baş naziri Kevin Rudd, "Disney" şirkətinin rəhbəri Bob İqer və İvanka Tramp daxil olmaqla 1200 nəfər olub. Mənbələrin "Daily Mail"ə verdiyi məlumata görə, qeyd etmənin 153 milyon dollara başa gəldiyi bildirilib.

Mukeş Ambaninin sərvəti 111 milyard dollar qiymətləndirilir ki, bu da onu Asiyanın ən varlı adamı və dünyanın 11-ci ən varlı insanı edir.