Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middleton və onun xəstəliyi ilə bağlı şayiələr ildırım sürəti ilə artır.
Axşam.az xəbər verir ki, pərəstişkarları şahzadə Uilyamın hərəkətlərini diqqətlə izləyir və Uels Şahzadəsi ilə hər şeyin yaxşı olduğuna dair ən azı bir işarə axtarırlar.
Təəssüf ki, bir müddət əvvəl gələcək kral vacib bir hadisəni qaçırdı və ictimaiyyət dərhal bunun Keytin xəstəliyi ilə əlaqədar olduğuna qərar verib. İnsayderlər daha bir mühüm hadisəni -"Out-Sourching Inc" yarışlarını gözləyib. Uilyamhər il bu tədbirdə iştirak edir və həyat yoldaşı onu dəstəkləyirdi.
Kensinqton Sarayı Middltonun tədbirdə iştirak etməyəcəyini bildirib. Həmişə olduğu kimi, bəyanat qısa olub.
"Keyt xərçəng müalicəsinin bir hissəsi kimi kimyaterapiyadan keçir və matçda iştirak edə bilməyəcək" deyə ingilis nəşri nümayəndələrdən sitat gətirib.
İnsanlar sarayın “kimyaterapiya”, “xərçəng” və “müalicə” sözlərini işlətməsini tənqid edib.