Cennifer boşanacağı deyilən Benin qızı ilə - Video

Cennifer boşanacağı deyilən Benin qızı ilə  - Video
661 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Cennifer Lopez bu şənbə günü həyat yoldaşı Ben Afflekin qızı Violet ilə vaxt keçirib.

Axşam.az xəbər verir ki, uzun müddətdir boşanma xəbərləri ilə gündəmdən düşməyən cütlük məsələ ilə bağlı heç bir açıqlama verməyib.

54 yaşlı müğənni ögey qızı və rəfiqəsi, aktrisa Kessidi Fraylini Şərqi Hemptonda keçirilən ev və bağ sərgisi üçün əntiq əşyalar və bəzək əşyaları sərgisinə aparıb. Şoudan sonra onlar yerli dondurma dükanına yollanıblar. Həmin gün Lopez üstüaçıq avtomobildə çəkdirdiyi videonu sosial şəbəkələrdə yayımlayıb.

Bəzi internet istifadəçiləri hesab edir ki, Cennifer bu videonu Ben Affleklə münasibətlərinin hələ yekunlaşmadığını göstərmək üçün yerləşdirib.

Cütlüyə yaxın bir insayder "Daily Mail"ə bildirib ki, Afflek "heç vaxt xoşbəxt olmadığı" malikanədən qurtulmağa xüsusilə can atıb. Anonim müəllif əlavə edib ki, boşanma ilə bağlı hələ heç nə qərar verilməyib, ancaq evi satmaq bunun üçün ilk addımdır.